2008–2020-ci illər ərzində fiziki şəxs qismində fəaliyyət göstərmiş, 2020-ci ildən isə hüquqi şəxs olaraq AZ-TÜRKÇELİK MAKİNA MMC adı altında bir sıra böyük və uğurlu layihələrə imza atmışdır. Əsas fəaliyyət istiqamətimiz dağ-mədən avadanlıqlarının istehsalı və ehtiyat hissələrinin satışını təmin etməkdir. Müştərilərimizə yüksək dayanıqlılığa və böyük istehsal gücünə malik avadanlıqlar təqdim etməklə, etibarlı və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanan xidmət göstərməyi prioritet hesab edirik. Şirkətimiz yüksək idarəetmə bacarığı, məsuliyyətli və peşəkar işçi heyəti, ixtisaslı ustalar, keyfiyyətli məhsullar və operativ xidmət prinsipi ilə müştərilərinə etibarlı və davamlı dəstək göstərməkdədir.