ONELİNE MMC
Portalımıza Xoş Gəldiniz
2015-ci ildə təsis olunan oneline şirkəti qısa müddət ərzində Azərbaycanda veb və rəqəmsal həllər sahəsində etibarlı mövqeyə sahib olmuşdur.
Şirkətin əsas fəaliyyət istiqamətləri veb saytların hazırlanması, korporativ email sistemlərinin qurulması, hostinq xidmətləri, SEO optimizasiya, pentest (təhlükəsizlik testləri) və bu sahələrlə bağlı digər rəqəmsal xidmətləri əhatə edir.
oneline komandası layihə menecerləri, biznes analitikləri, marketinq mütəxəssisləri, UI/UX dizaynerlər, proqramçılar, informasiya təhlükəsizliyi və məlumat bazası üzrə mütəxəssislərdən ibarətdir. Hazırda şirkətdə 40-dan çox yüksək ixtisaslı əməkdaş fəaliyyət göstərir və müştərilərə keyfiyyətli, təhlükəsiz və davamlı həllər təqdim olunur.