EmpaTV 21 Oktyabr 2020-ci il tarixində “Ailədə uşaqların cinsi tərbiyəsi” adı altında instaqram səhifəsi kimi fəaliyyətə başlayıb. Mən Sevinc Rəcəbova (jurnalist) “Ailədə uşaqların cinsi tərbiyəsi” (Əbdül Əlizadə) adlı kitabı kiril əlifbasından latın əlifbasına çevirərək ikinci nəşrə hazırlandım və məhz eyni adlı instaqram səhifəsi yaradaraq fəaliyyətə başladım. Məqsəd ailə və cəmiyyətə psixoloji dəstək olmaq, cəmiyyəti və ən əsası ailələri maarifləndirmək, bir çox problemlərin məhz psixi və ruhsal sağlığın yerində olmamağından yarandığını izah etməkdir. İzləyici marağı və təklifləri əsasında ad dəyişikliyi edərək 4 Oktyabr 2021-ci ildə EmpaTV (empatiya - psixoloji termin) adı altında fəaliyyətə göstərdik. Mütəmadi psixoloqlarla canlı yayımlar edərək, sorğu keçirərək izləyicilərin müsbət rəy və maraqları əsasında daha da inkişafa doğru irəliləməkdəyik.