Modamer SR Group tərəfindən 2023-cü ildə təsis edilmiş Türkiyə brendidir. Bu dövrdə Azərbaycanda fəaliyyətə başlayan Modamer əsasən işçi geyimləri, ayaqqabıları və aksesuarları istehsal edən və satışını həyata keçirən bir marka olaraq SR Group-un tərkib hissəsidir. Biz ölkəmizdə qida, tikinti, istehsalat, tibb və digər sahələrdəki iri şirkətlərlə əməkdaşlıq edirik. Məhsullarımızın keyfiyyəti və çeşid çoxluğu ilə rəqiblərimiz arasında fərqlənirik. Hədəfimiz bu sahədə müştəri məmnuniyyətini yüksək səviyyədə təmin edərək ilk ağıla gələn marka olmaqdır. SR Group isə 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkətimiz hər növ işçi geyimlərinin istehsalını həyata keçirir. Bundan əlavə reklam, iş təhlükəsizliyi, tikinti materialları və avadanlıqların satışını da mümkün edir. SR Group olaraq günü-gündən artan işçi qüvvəsi ilə iş geyimi və iş təhlükəsizliyi avadanlıqları sahəsində peşəkar xidmət və keyfiyyət anlayışı ilə yerli və beynəlxalq bazarda fəaliyyət göstəririk. Aylıq istehsal