Uzm.Dr Mama Ginekoloq Aytən Fəxrəddin qızı Səfərova 1980-ci il 13 oktybar tarixində Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Tibb Universiteti, Müalicə-Profilaktika fakultəsinə daxil olmuşdur. 2005-ci ildə isə İzmir Dokuz Eylül Universiteti, Kadın Hastalıkları və Doğum şöbəsində Uzmanlığa başlamışdır. 2010-cu ildə təhsilini tam olaraq. bitirərək Uzman Həkim adını qazanmışdır. 2010-2011 ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının "Qadın Xəstəlikləri və Doğum Şöbəsi"nin Müdiri vəzifəsində çalışmışdır. Türk Jinekoloji Obstetri Derneği, Türk-Alman Jinekoloji Dernegi, Üreme Tıp Derneylerine üzvdür. 2011-2016 cı illər ərində Baku Medikal Plaza - Mərkəz və Medilux filiallarında BMP Qadın Xəstəlikləri (Ginekologiya) Doğum və Sonsuzluq Şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Caspian İnternational Hospital'da - 'Aytən Sonsuzluq Mərkəzinin' Rəhbəri kimi fəaliyyətini davam etdirir.